CƏMİYYƏT
Əsgərlər arasında bilik yarışması keçirilib
Bakı, 30 iyun, AZƏRTAC
Qaradağ rayon Heydər Əliyev Mərkəzində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə hərbi hissələrin əsgərləri arasında bilik yarışması keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarənin təşkilatçılığı ilə keçirilən bilik yarışmasının əvvəlində Azərbaycan dövlət himni səsləndirilib.
Tədbirdə Qaradağ rayon gənclər və idman idarəsinin rəisi Elçin Abbasov, Baş İdarənin gənclərlə iş sektorunun aparıcı-məsləhətçisi Samir Kazımov, Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilova çıxış edərək 1918-ci il iyunun 26-da yaradılmış Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixindən danışıblar. Bildirilib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ordumuzun daha da güclənməsinə böyük diqqət və qayğı göstərir.
Sonra bilik yarışmasına start verilib. Əsgərlərə Azərbaycan hərb tarixi və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında suallar verilib.
Qaliblər müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.