REGİONLAR
Astara və Masallıda yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlanıb
Astara-Masallı, 30 noyabr, Bağır Əliyev, AZƏRTAC
Astara və Masallı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha 3 şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Astara rayonunun Süparibağ kənd sakini N.Babayev və Pəlikəş kənd sakini V.Qüdrətov, Masallı rayonunun Mahmudavar kənd sakini B.Rəhimova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar şəhər ərazisində taksidə aşkar edilərək təcili tibbi yardımla yaşadıqları ünvana qaytarılıblar.
Onların törətdiyi qanuna zidd hərəkətlərə hüquqi qiymət verilməsi istiqamətində araşdırmalar aparılır.