REGİONLAR


Astaralı idmançı Tehranda keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb

Astara, 29 noyabr, Bağır Əliyev, AZƏRTAC

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yeniyetmə güləşçilər arasında “Day of children” devizi ilə keçirilən beynəlxalq turnirdə astaralı idmançı uğurla çıxış edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən yarışda ölkəmizi sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamız təmsil edib. Millimizin tərkibində çıxış edən astaralı idmançı Ramik Heybətov 48 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalına sahib olub.

Qeyd edək ki, R.Heybətov ilk görüşündə erməni rəqibinə qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.