İDMAN


“Avro-2022”nin II təsnifat mərhələsində E qrupunun növbəti oyunları keçirilib

Bakı, 22 may, AZƏRTAC

İyirmi iki yaşadək oğlan voleybolçular arasında “Avro-2022”-nin II təsnifat mərhələsində E qrupunun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, Kosovonun ev sahibliyi etdiyi seçmə mərhələnin ikinci günü millimiz Niderland yığması ilə üz-üzə gəlib.

Priştinada “Gənclər və İdman Sarayı”nda keçirilən matçda qalib 4 hissədə müəyyən olunub. Görüş komandamızın 25:21 hesablı üstünlüyü ilə başlasa da, sonrakı setlər narıncıların qələbəsi ilə başa çatıb (25:23, 25:18, 25:21). Beləliklə, Niderland millisi 3:1 hesabı ilə oyundan qalib ayrılıb.

E qrupunda günün digər matçı isə Kosovo və Slovakiya milliləri arasında olub. Ev sahibinə 3:0 (25:8, 25:13, 25:13) hesabı ilə qalib gələn slovaklar 3 xalı aktivinə yazdırıb.

Millimiz mayın 22-də qrupda son oyununa çıxacaq. Eldar Əliyevin rəhbərlik etdiyi yığma Bakı vaxtı ilə saat 21:00-da Slovakiya millisi ilə qarşılaşacaq.

Qeyd olunub ki, təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi iyul ayında Polşada keçiriləcək “Avro-2022”nin final mərhələsinə vəsiqə qazanacaq.

U-22, Avropa çempionatı II təsnifat mərhələsi E qrupu üzrə turnir cədvəli - Niderland 6 xal, (set 6-1), (top 171-150), Azərbaycan 3 xal, (set 4-3), (top 162-144), Slovakiya 3 xal, (set 3-3), (top 138-109), Kosovo - 0 xal, (set 0-6), (top 82-150).

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.