SİYASƏT


Avropa Azərbaycanlıları Konqresi Ermənistanın baş nazirinin çıxışı ilə bağlı etiraz bəyanatı yayıb

Bakı, 8 avqust, AZƏRTAC

Avropa Azərbaycanlıları Konqresi və Finlandiyada fəaliyyət göstərən Azərbaycan təşkilatları Ermənistanın qanunsuz olaraq avqustun 5-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində “ümumerməni oyunları”nı təşkil etməsini və baş nazir Nikol Paşinyanın həmin tədbirin açılışında bəyanat verərək “Qarabağ – Ermənistandır” söyləməsini şiddətli şəkildə pisləyir və Ermənistan tərəfinin bu cür təcavüzkar bəyanatlar səsləndirilməsinə son qoymalı olduğunu bildirirlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Avropa Azərbaycanlıları Konqresinin və Finlandiyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının bəyanatında Ermənistan rəhbərliyindən BMT-nin 4 qətnaməsinin, digər beynəlxalq təşkilatların qərarlarının qeyd-şərtsiz və dərhal yerinə yetirilməsi tələb olunur.

Bəyanat BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları Şurasına, Avropa İttifaqına, Avropa Şurasına və ATƏT-ə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.