İDMAN


Avropa Cüdo Birliyinin yeni prezidenti seçilib

Bakı, 18 iyun, AZƏRTAC

Vyanada Avropa Cüdo Birliyinin (ACB) növbədənkənar konqresi keçirilib.

AZƏRTAC xəbər verir ki, 51 üzv ölkənin 49-nun iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və baş katib Rəşad Rəsullu təmsil ediblər.

Beynəlxalq Cüdo Federasiyasının (BCF) prezidenti və ACB-nin fəxri prezidenti Marius Vizerin də iştirak etdiyi konqresdə ACB-nin prezidenti və idarə heyətinə seçkilər baş tutub. Səsvermə nəticəsində Macarıstan təmsilçisi Laslo Tot təşkilatın yeni prezidenti seçilib.

62 yaşlı idman diplomatı 24 ildən çoxdur ki, Macarıstan Cüdo Assosiasiyasına rəhbərlik edir və 7-ci dan dərəcəsinə malikdir. Üzvlərin səsverməsi nəticəsində həmçinin, Avstriya təmsilçisi Martin Poyger təşkilatın baş katibi və Malta təmsilçisi Envik Qalea isə birliyin xəzinədarı vəzifələrinə seçiliblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.