İDMAN


Avropa Olimpiya təsnifat turnirinə qatılan bütün boksçularımız Tokio Olimpiadasına vəsiqə qazanıblar

Paris, 7 iyun, AZƏRTAC

Parisdəki “Grand Dome” idman sarayında keçirilən Avropa Olimpiya təsnifat turniri davam edir.

AZƏRTAC xəbər verir ki, yarışa qatılan bütün boksçularımız - Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (91 kq), Məhəmməd Abdullayev (+91 kq) Tokio Olimpiadasına vəsiqə qazanıblar.

Bu gün Məhəmməd Abdullayev (+91 kq) Fransa təmsilçisi Murad Əliyev ilə qarşılaşmalı olsa da, zədə səbəbindən rinqə çıxmayacaq. Yığmamızın digər üzvü Lorenzo Sotomayor (60 kq) da zədə səbəbindən yarışda iştirakını dayandırıb.

Azərbaycanın boks yığmasının kubalı üzvü Alfonso Dominges (81 kq) isə rəqibi görüşdən imtina etdiyi üçün finala yüksəlib.

Xatırladaq ki, Tayfur Əliyev (57 kq) daha əvvəl Olimpiadaya vəsiqəni təmin edib.

Avropa Olimpiya təsnifat turnirinə iyunun 8-də yekun vurulacaq.

 

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.