CƏMİYYƏT


Avropadakı soydaşlarımız ulu öndər Heydər Əliyevə videoçarx həsr ediblər VİDEO

Bakı, 12 may, AZƏRTAC

Avropa Azərbaycanlılarının təşəbbüsü ilə dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş videoçarx təqdim olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, videoçarxın hazırlanmasında Almaniyanın Münhen və Köln, İsveçrənin Cenevrə, Niderlandın Haaqa, Rotterdam və Layverden, İsveçin Stokholm, Norveçin Oslo, Fransanın Strasburq şəhərlərində yaşayan soydaşlarımız iştirak ediblər. Videoçarx ümummilli lider Heydər Əliyevin səsləndirdiyi "Azərbaycan" şeiri ilə başlayıb. Sonra Niderland–Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyevanın təqdimatı ilə soydaşlarımız Qədir Həsənov (Strasburq), Şervin Nəcəfpur (Oslo), Aidə Həşimova (Layverden), Mariya Xan-Xoyskaya (Cenevrə), Səttar Kərimov (Münhen), Elsevər Məmmədov (Rotterdam), Altay Rüstəmli (Köln), Kamran Əsədov (Strasburq), "Qarabağ" məktəbinin şagirdləri (Stokholm) Ulu Öndərin sülhə çağıran fikirlərini təmsil etdikləri ölkələrin rəsmi dillərində səsləndiriblər.

Videoçarxın sonunda dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyi barədə fikri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.