DÜNYA


Avstraliyada yaşayış binasında baş vermiş partlayış nəticəsində xəsarət alanlar var

Tokio, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 9-na keçən gecə Avstraliyanın Maci şəhərindəki yaşayış binasında məişət qazının partlaması nəticəsində iki nəfər xəsarət alıb.

AZƏRTAC “9News” telekanalına istinadla xəbər verir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan biri, 45 yaşlı kişi ciddi yanğın xəsarətləri alıb və hazırda komadadır. Həmin şəxs həyatı təmin edən aparatlara qoşularaq helikopter vasitəsilə Sidneydəki xəstəxanaya gətirilib.

Hazırda polis hadisənin baş verməsi səbəblərini araşdırır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.