DÜNYA


“Avstriya Hava Yolları” sərnişinlər üçün sürətli koronavirus testləri layihəsi üzərində işləyir

Vyana, 24 sentyabr, AZƏRTAC

“Avstriya Hava Yolları” (AUA) sərnişinlərə sürətli koronavirus testləri təqdim etməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, “Lufthansa” konserni oktyabr ayında eyni prosesi həyata keçirəcək və bu konsernin tərkibinə daxil olan AUA da eyni imkanı öz sərnişinlərinə yaratmaq istəyir.

Aviaşirkətdən bildirilib ki, hazırda üç istehsalçının testləri nəzərdən keçirilir və rəsmi qurumlardan müvafiq icazə alındıqdan sonra testlərdən istifadə etmək mümkün olacaqdır.

AUA eyni zamanda sürətli testlərin sərnişinlər üçün pulsuz olmasını tələb edib, yəni test üçün xərclərin dövlət vəsaitinə təmin olunmasını istəyir.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) da uçuşlardan bilavasitə öncə sərnişinlər üçün sürətli testdən keçmə imkanının yaradılmasını istəyir. Bu yolla səfər edilən ölkədə karantin öhdəlikləri aradan qalxa və insanların təyyarə ilə səfərlərə marağı yenidən arta bilər.

Qeyd edilib ki, aviaşirkətlərə həmçinin testdən keçmək istəməyəni uçuşa buraxmamaq səlahiyyəti də verilməlidir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.