DÜNYA


Avstriyada qar uçqunu: üç turist ölüb, dörd nəfər itkin düşüb

Bakı, 7 yanvar, AZƏRTAC

Avstriyanın böyük hissəsinə yağan güclü qar üç xizəkçinin ölümünə səbəb olub, dörd nəfər itkin düşüb.

AZƏRTAC xəbər verir ki, France24 telekanalının yaydığı məlumata görə, qar uçqunu nəticəsində iki alman xizəkçi qərbi Forarlberq regionunda, sloveniyalı bir xizəkçi isə Zalsburq rayonunda həlak olub.

Ötən həftənin ortalarında Avstriyanın mərkəzinə və şimalına 1,5 metr, Zalsburq ətrafındakı dağlara isə 3 metr qalınlığında qar yağıb. Turistlər də daxil olmaqla, 2 minə yaxın insan Zelstal vadisinin kəndlərində ətraf aləmdən təcrid olunmuş vəziyyətdə qalıb. Aşağı Avstriyada dağ-xizək kurortları bağlanıb. Həm sakinlərə, həm də turistlərə ərazini tərk etmək tövsiyə olunub.

Qar yaxın günlərdə də yağmaqda davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.