İQTİSADİYYAT
Avtomobil Yolları Dövlət Agentliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcək
Bakı, 13 yanvar, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi уаnvarın 14-15-də ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçəcək.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, dağlıq və dağətəyi ərazilərdə proqnozlaşdırılan qarlı və şaxtalı hava şəraiti nəzərə alınaraq, qurum tərəfindən avtomobil yollarında nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə qeyd olunan ərazilərdə avtomobil yollarına xidmət göstərən tabeli təşkilatlara gücləndirilmiş iş rejimində fəaliyyət göstərmələri barədə tapşırıq verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]