ELM VƏ TƏHSİL
Əyani təhsil alan tələbələrin 146 min 373 nəfəri ödənişli əsaslarla oxuyur
Bakı, 7 fevral, AZƏRTAC
Hazırda Azərbaycanda 266 mindən çox tələbə təhsil alır. Onlardan 246 min 162 nəfəri əyani təhsil alır.
AZƏRTAC xəbər verir ki, bunu təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı müzakirələrdə Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev deyib. O bildirib ki, əyani təhsil alan tələbələrin 146 min 373 nəfəri ödənişli təhsil alır.
Qeyd edək ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.