“AzFinance İnvestisiya Şirkəti”nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
AzerTAg.az

Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AzFinance İnvestisiya Şirkəti” QSC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, diskontlu, təminatsız, sənədsiz, adlı istiqrazların sayı min ədəd, nominal dəyəri min manat, tədavül müddəti 3 təqvim ilidir. Ticarət tarixi hərracdan 2 gün əvvəl emitent tərəfindən bildiriləcək. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.
Xəbərin mətnində orfoqrafik səhv var