ELM VƏ TƏHSİL


AzMİU-nun İnnovativ Biznes İnkubasiya Mərkəzinin onlayn treninqlərində tələbələrə vacib tövsiyələr verilir

Bakı, 9 aprel, AZƏRTAC 

COVID-19 epidemiyası ilə əlaqədar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bütün strukturlarında iş prosesi onlayn rejimə keçib. Martın 26-dan etibarən universitetin İnnovativ Biznes İnkubasiya Mərkəzinin əməkdaşları onlayn treninqlərə başlayıblar.

Universitetdən AZƏRTAC-a bildirilib ki, mərkəzin mütəxəssisləri biznes, startap layihələrinin və təqdimatlarının hazırlanması mövzusunda qrup və fərdi şəkildə treninqlər keçiriblər. Mərkəzdən aldığımız məlumata görə, treninqlərdə iştirak edən tələbələrə həm şəxsi bacarıqlarını inkişaf etdirmək, həm də beynəlxalq startap yarışmalarında iştirak etmək üçün vacib tövsiyələr verilir. Kreativ startap layihələri olan fəal tələbələrimiz onlayn təlimlərdə maraqlı təşəbbüslərlə çıxış edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.