ELM VƏ TƏHSİL


AzMİU-nun rektoru Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının medalı ilə təltif olunub

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) “Azərbaycan Həmkarlar İttifaqları – 100 il” yubiley medalı ilə təltif olunub.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, rektora medalı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv-təşkilatı - ATİAHİ-nin sədr müavini Mirzə Cəfərzadə təqdim edib.

M.Cəfərzadə təmsil etdiyi qurumun AzMİU ilə əlaqələrə həmişə böyük önəm verdiyini söyləyib, universitetdə təhsilin keyfiyyətinin artırılması istiqamətində aparılan islahatları böyük rəğbətlə qarşıladıqlarını diqqətə çatdırıb. Eyni zamanda, AzMİU əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması üçün universitet rektorluğunun gördüyü işləri xüsusi dəyərləndirib.

Qeyd edək ki, AzMİU-nun Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Surxay Əliyev və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov da ATİAHİ-nin yubiley medalına layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.