ELM VƏ TƏHSİL


AzTU-nun tələbələri Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təlimlərində iştirak edirlər

Bakı, 12 may, AZƏRTAC

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq davam edir.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, əməkdaşlıq çərçivəsində AzTU-nun Energetika və avtomatika fakültəsinin tələbələri Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təlimlərində iştirak üçün imtahan veriblər. Uğurlu nəticə göstərən tələbələr təlimlərdə iştirak hüququ qazanıb.

“Sənayedə mühərriklərin quraşdırılması və PLC ilə idarə olunması” mövzusunda keçirilən təlimlərin sonunda tələbələrə sertifikat təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.