CƏMİYYƏT


Az karbohidratlı pəhriz uzunömürlülərin qidası adlandırılıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Amerikalı alimlər bir heçə ildir ki, uzun ömür şansını maksimal dərəcədə artıran qida məhsullarından ibarət kombinasiya axtarışında idilər. AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, alimlərin fikrincə uzun ömür yaşamaq istəyənlər karbohidratlardan daha az istifadə etməlidirlər.

ABŞ-ın Bak İnstitutunun tədqiqatçıları qocalma və uzunömürlülük mexanizmlərini araşdırıblar. Məlumdur ki, insanın çox uzun müddət yaşamaq şansı iki faktordan asılıdır. Birincisi genetikadır və bununla bağlı biz heç nə edə bilmərik, axı genlər dəsti bizə valideynlərimizdən keçir, onu dəyişmək mümkün deyil. İkincisi isə, həyat tərzidir, yəni fiziki fəaliyyətin səviyyəsi, stresin göstəricisi və ən əsası qidalanmadır. Amerika Birləşmiş Ştatlarından olan tədqiqatçılar məhz uzunömürlülərin pəhrizini kəşf etməyə nail olublar.

Onlar müəyyən ediblər ki, insan aktiv olaraq karbohidratlardan çox istifadə etdikdə, onun orqanizmində yüksək metabolik yüklənmə müşahidə olunur. Karbohidratlı pəhriz artıq çəki, maddələr mübadiləsi problemləri, ürək və damar xəstəlikləri və hipertoniyaya səbəb ola bilər. Bəzi hallarda isə artıq karbohidratlar şişlərə də səbəb ola bilər. Az karbohidratlı pəhriz isə gəncliyin maksimal dərəcədə uzadılması və aktiv uzunömürlülüyü stimullaşdırır.

Aktiv uzunömürlülük dedikdə, insanın nisbətən sağlam olduğu qocalıq mərhələsi başa düşülür. Heç kim gəzməyə və özünə qulluq etməyə qadir olmayan çox qoca olmaq istəməzdi. Bir çox insan məhz aktiv və sağlam qocalığı xəyal edir. Tədqiqat ketogen pəhrizin bunun üçün ən uyğun olduğunu göstərib. Pəhriz yağların yüksək tərkibi və karbohidratların aşağı səviyyəsi ilə fərqlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.