DÜNYA


Azad Kəşmir bölgəsində ildırım vurması nəticəsində 22 nəfər ölüb

Bakı, 15 iyul, AZƏRTAC

Azad Cammu və Kəşmir bölgəsində bir bazara ildırım düşməsi nəticəsində 22 nəfərin öldüyü bildirilir. AZƏRTAC DawnNews informasiya portalına istinadla xəbər verir ki, ölənlərin doqquz nəfəri yaxınlıqdakı məscidin qarşısında dayanan Tableegi Jamaat təriqətinin üzvü, ikisi isə hərbi qulluqçulardır. Yerli Aaj News telekanalının xəbərinə görə, Azad Kəşmir Təbii Fəlakətlərin İdarə Edilməsi Agentliyi insidentin turizm mərkəzi olan Neyelam vadisinin Lesva qəsəbəsində baş verdiyini bildirib. Bu qəsəbə Pakistanla Hindistan arasında təmas xəttinin yaxınlığında yerləşir.

Məlumatda Lesva bazarının tamamilə dağıldığı, ildırımdan sonra yaşan leysan yağışları zamanı turistlərin avtomobillərini sel apardığı da qeyd olunur. Pakistan ordusu xilasetmə dəstələri ilə birlikdə axtarış-xilasetmə əməliyyatında iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.