İQTİSADİYYAT
Azərbaycan Banklar Assosiasiyasının Ekspert Qrupunun iclası keçirilib
Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdindəki “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib.
ABA-dan AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsinə dair qanun layihəsi müzakirə olunub.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.