ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetində TKT təliminin qeydiyyatı başlanır

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin Dil Xidmətləri Təlim-Tədris və Karyera Mərkəzi “British Counsil” təşkilatının və bu ali məktəbin təlimçisi Zarema İbrahimova ilə birgə TKT (Teaching Knowledge Test) təliminin qeydiyyatına başlayır.

Universitetdən AZƏRTAC-a bildirilib ki, təlim hər bir modul 8-10 dərsi əhatə edir. Təlimdə iştirakçılar, ilk növbədə, biliklərini artırırlar. Eyni zamanda, TKT müəllimlik peşəsinə başlayanlar üçün də gərəkli təlimdir. Belə ki, bu təlim gənc müəllimlərə metodikanın əsaslarını daha sistemli və müasir tələblərə uyğun şəkildə təqdim edir.

Sonda hər bir iştirakçıya Azərbaycan Dillər Universitetinin rəsmi sertifikatı veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.