MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 86-cı mövsümünə Xaçmazda yekun vurmuşdur VİDEO
Xaçmaz, 8 iyul (AZƏRTAC, Elxan Yusifli). Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi respublikamızın şimal bölgəsində qastrol səfərində olmuşdur.
AZƏRTAC xəbər verir ki, teatrın yaradıcı heyəti iyulun 7-də Quba Mədəniyyət Evində, bir gün sonra isə Xaçmazdakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində tamaşaçılara Mirzə Fətəli Axundzadənin “Hekayəti xırs quldurbasan” komediyasını təqdim etmişdir.
Tamaşa teatrsevərlər tərəfindən bəyənilmiş, aktyorların oyunu yüksək qiymətləndirilmişdir.
Teatrın yaradıcı heyətinin ölkəmizin regionlarına qastrol səfərlərinə iyunun 29-dan başlanılmış, bundan əvvəl Balakən, Zaqatala, Qax, Qəbələ, Şəki, Oğuz, İsmayıllı, Yevlax, Goranboy, Mingəçevir rayonlarında tamaşalar təqdim edilmişdir.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Xaçmazdakı çıxışı ilə 86-cı teatr mövsümünə yekun vurmuşdur.