Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan Dünya Bankı ilə güclü tərəfdaşlıq qurub VİDEO

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Dünya Bankı ilə güclü tərəfdaşlıq qurub.

Sentyabrın 19-da Azərbaycanın Dünya Bankına üzvlüyünün 25-ci ildönümü ilə bağlı mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov 25 illik əməkdaşlıq dövründə Azərbaycanın Dünya Bankından texniki, maddi, ümumiyyətlə hərtərəfli dəstək aldığını deyib. Bildirilib ki, Dünya Bankı ilə Azərbaycanın uzunmüddətli və davamlı əməkdaşlığının əsasını ümummilli lider Heydər Əliyev qoyub. 25 il əvvəl Heydər Əliyevin rəhbərliyi ilə liberal bazar iqtisadiyyatının seçilməsi Dünya Bankı tərəfindən dəstəklənib. Struktur islahatlarının dərinləşdirilməsi, sosial-iqtisadi infrastrukturun bərpası və inkişafı, yoxsulluğun azaldılması və digər sahələr Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının başlıca istiqamətləridir.

2003-cü ildə Prezident İlham Əliyev tərəfindən iqtisadi islahatlar, sıçrayışlı iqtisadi inkişaf strategiyası irəli sürülüb: "Məhz bu dövrdən sonra ölkədə radikal dönüş baş verib, milli iqtisadiyyat 3 dəfədən çox böyüyüb, Azərbaycan orta gəlirli dövlətlər sırasına daxil olub. Yoxsulluq 10 dəfə azalıb, 3 milyondan çox insan yoxsulluqdan xilas olub, 1 milyondan çox yeni iş yeri yaradılıb.

Qeyd edilib ki, bu günədək 50-dən artıq layihəyə Dünya Bankı tərəfindən 3,6 milyard dollar vəsait ayrılıb. Hazırda isə Dünya Bankı tərəfindən dəyəri 1 milyard 140 milyon olan 10 aktiv layihə həyata keçirilir. Ümumilikdə Dünya Bankı Azərbaycanda təhsil və səhiyyə sisteminin yaxşılaşdırılması, nəqliyyat və su kanalizasiya sisteminin təkmilləşdirilməsi, kənd təsərrüfatının, enerji sektorunun inkişafı, ətraf mühitin və mədəni irsin qorunması kimi bir sıra sahələrdə həyata keçirilən layihələrə dəstək verir, neft sektoru üzrə iri layihələr hökumətlə birgə həyata keçirilir. Dünya Bankının Azərbaycan üçün strateji layihələrə, o cümlədən "Cənub Qaz Dəhlizi" layihəsinə verdiyi dəstək xüsusi yer tutur.

Ölkəmizin Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə də uğurla əməkdaşlıq etdiyini deyən sədr müxtəlif dövrlərdə IFC-nin çoxsaylı layihələrin maliyyələşdirilməsinə yarım milyard dollar vəsait ayırdığını bildirib.

E.Rüstəmov deyib: "Bu ilin birinci yarısında tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 2,5 faizi səviyyəsində profisit qeydə alınıb. Səkkiz ayda ölkənin strateji valyuta ehtiyatları 12 faizədək artıb və ÜDM-in həcmini üstələyib. Valyuta bazarı tarazlaşıb, milli valyutanın məzənnəsi sabitləşib. İqtisadi subyektlərdə nikbinlik və müsbət gözləntilər yaranıb".

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müller qeyd edib ki, təmsil etdiyi qurumun Azərbaycanda ilk layihələri 1995-ci ildə təsdiq edilib. O vaxtdan bəri tərəfdaşlığımız yüksələn xətlə inkişaf edərək həm kəmiyyət, həm də keyfiyyət baxımından təkmilləşib. Azərbaycan bizim sadiq tərəfdaşımızdır. Məhsuldar əməkdaşlığımız gələcəkdə yoxsulluğun səviyyəsinin aşağı salınmasına, müştərək rifahın bərpasına yönəldiləcək. Neft qiymətlərinin aşağı düşməsindən sonra yaranan iqtisadi mühitdə Azərbaycanda bir sıra islahatlar həyata keçirilib. Görülən tədbirlər nəinki çağırışlara cavab verib, o cümlədən gələcək üçün möhkəm və dayanıqlı zəmin yaradır.

Eyni zamanda, Beynəlxalq Maliyyə Korporasiyası 56 layihə çərçivəsində özəl bölmənin müxtəlif sektorlarına, o cümlədən maliyyə xidmətlərinə, infrastruktur və sənayeyə 470 milyon ABŞ dollarından çox sərmayə qoyub.

"Bizim Azərbaycandakı investisiyalarımız illər boyu Avropa və Mərkəzi Asiya regionunda ən iri portfellərimizdən biridir. Azərbaycan Dünya Bankı ilə güclü tərəfdaşlıq qurub. Dünya Bankı Qrupu Azərbaycanın nailiyyətlərində xidməti olduğundan qürur duyur, yaxın gələcəkdə iqtisadiyyatın sağlamlaşdırılması, uzun müddətdə isə dayanıqlı artımı təmin etmək naminə Azərbaycan dövləti və xalqı ilə tərəfdaşlığımızı davam etdirməyə hazırıq", - deyə Siril Müller vurğulayıb.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon Dünya Bankı ilə Azərbaycanın əməkdaşlığının 25 illik münasibətilə məhz Azərbaycana gəldiyi üçün çox sevindiyini deyib. Vurğulayıb ki, Azərbaycan bu illər ərzində dost və yaxşı tərəfdaş kimi yadda qalıb.

Sonra Mersi Tembon Baş nazirin müavini Abid Şərifova, maliyyə naziri Samir Şərifova, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova, iqtisadiyyat naziri Şahin Mustafayevə, Mərkəzi Bankın sədri Elman Rüstəmova, Nazirlər Kabinetinin nümayəndəsi Nail Fətəliyevə təşəkkürnamələr təqdim edib.

Tədbir çərçivəsində Azərbaycanın Dünya Bankına üzvlüyünün 25-ci ildönümü münasibətilə Azərbaycan hökuməti tərəfindən xüsusi olaraq buraxılan markalar imzalanıb və möhürlənib. Markaları Baş nazirin müavini Abid Şərifov və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon imzalayıb və möhürləyiblər.

Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın əhəmiyyətini vurğulayan Baş nazirin müavini Abid Şərifov Dünya Bankının ölkəmizə ayırdığı kreditdən, həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, bu gün Azərbaycan öz iqtisadi inkişafı ilə yanaşı, həm də etibarlı tərəfdaş kimi seçilir. Bunun nəticəsidir ki, artıq 25 ildir Dünya Bankı ilə müxtəlif sahələri əhatə edən layihələr həyata keçirilir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu əməkdaşlıq bu gün də uğurla davam etdirilir. Dünya Bankı tərəfindən ilk layihə su və kanalizasiya sisteminin yaxşılaşdırılması olub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

"Azərmarka" şirkəti ölkəmizdə Azərbaycan və Dünya Bankı əməkdaşlığın 25 illiyinə həsr olunmuş poçt markası nəşr edib. Bu cür markalardan 25 min nüsxə buraxılacaq. Bu markalar Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın rəmzinə çevriləcək", - deyə qeyd edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, əhalinin bank və maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması, ölkədə maliyyə xidmətlərinin inkişaf etdirilməsi məqsədilə 2005-ci ildə Dünya Bankı ilə birlikdə "Azərpoçt"da maliyyə xidmətlərinin göstərilməsi potensialının artırılması üzrə geniş layihə uğurla həyata keçirilib. Dünya Bankı Azərbaycanda həyata keçirdiyi bu layihə barədə buklet hazırlayaraq bunu müsbət bir nümunə olaraq bütün ölkələrdə yayır. "Bizim üçün çox müsbət haldır ki, artıq dünyada geniş imkanlardan istifadə edərək, Mərkəzi Bankdan alınmış lisenziyalar əsasında Azərbaycan poçtu ölkənin bütün ərazisində geniş şəbəkə vasitəsilə əhalimizə poçt xidmətlərinin göstərilməsi, pulköçürmələr, maliyyə institutlarının müxbir hesablarının aparılması, debit kredit kartları, poçt çeklərinin emissiyası və s. xidmətləri həyata keçirir. Həyata keçirilən məhz bu layihə "Azərpoçt" MMC-yə maliyyə xidmətlərini göstərmək üçün yeni imkanlar yaradıb", - deyə nazir müavini bildirib.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qeyd edib ki, təmsil etdiyi qurum 18 ildir Dünya Bankı ilə əməkdaşlıq edir. 18 il ərzində Dünya Bankının xətti ilə 170 milyon dollaradək kredit layihələri məcburi köçkünlər üçün icra olunub. Bu kredit layihələri qaçqın və məcburi köçkünlər üçün infrastrukturun qurulması, bu sahədə mövcud potensialın gücləndirilməsi və digər sahələrin inkişafına yönəldilib.

Dünya Bankı qaçqın və məcburi köçkünlərin idarə olunmasında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin yaratdığı sistem və mexanizmdən bəhrələnir və dünyanın başqa ölkələrində Azərbaycan təcrübəsini tətbiq edir.

Azərbaycanın iqtisadi ticarət partnyorlarının sayının 180 ölkəyə çatdığını deyən iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, keçən illər ərzində ölkəmizdə ümumi məhsul buraxılışı 22 dəfədən, dövlət büdcəsi 26 dəfədən çox artıb. Azərbaycan xarici investisiyalar üçün cəlbedici məkana çevrilib. Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan çox investisiya yatırılıb, o cümlədən 76 milyard dollar həcmində birbaşa xarici investisiya cəlb olunub. Görülən tədbirlər nəticəsində Azərbaycanın planlı sosialist iqtisadiyyatından liberal bazar iqtisadiyyatına keçidi təmin edilib. Bu uğurlar beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq çərçivəsində mümkün olub. Dünya Bankı bu əməkdaşlıqda ön sıradadır. Dünya Bankı ilə Azərbaycan hökumətinin əməkdaşlığı çoxşaxəlidir. Özəl sektorun, sahibkarlığın inkişafında Dünya Bankının xüsusi rolu var.

"Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi uğurla icra olunub və Dünya Bankı tərəfindən mükafata layiq görülüb. Bank tərəfindən rəqabətliliyin artırılmasına, ölkəmizdə yaradılan sənaye parklarına və məhəllələrinə texniki dəstək göstərilib", - deyə nazir diqqətə çatdırıb.

Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verən maliyyə naziri Samir Şərifov deyib ki, Azərbaycanın Dünya Bankı ilə o cümlədən maliyyə sisteminin idarə edilməsi sahəsində geniş əməkdaşlığı mövcuddur. Bu sahələr üzrə ən çox maliyyə vəsaiti isə yol tikintisinin yenidənqurulmasına ayrılıb.

Maliyyə naziri vurğulayıb ki, ölkəmiz 1992-ci ildən Dünya Bankı Qrupunun üzvü olsa da, əməli şəkildə əməkdaşlığımız 1995-ci ildən başlayıb. Bankın Bakıda yeni nümayəndəliyi açılıb. Azərbaycan hökuməti Dünya Bankı ilə ilk birgə makroiqtisadi sabitləşdirmə və struktur islahatları proqramının həyata keçirilməsinə başlayıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən iqtisadi siyasətin nəticəsi olaraq ölkəmizin əldə etdiyi nailiyyətlərdə Dünya Bankı ilə əməkdaşlıq vacib rol oynayıb.

"Azərbaycan orta gəlirli ölkələr sırasına daxil olub. Bu gün Azərbaycanda adambaşına gəlir yüksəlib. Azərbaycan Dünya Bankı ailəsinə daxil olan 5 qurumla fəal əməkdaşlıq edir. Hesab edirəm ki, Dünya Bankı ilə əməkdaşlığımız bundan sonra da bugünkü kimi uğurlu olacaq və Azərbaycan inkişafına xidmət göstərəcək", - deyə nazir bildirib.

Tədbirdə Azərbaycan və Dünya Bankı arasında 25 illik tərəfdaşlığın qeyd olunması ilə bağlı videoçarx nümayiş olunub.

Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Navid Naqvi təqdimatla çıxış edib. Bildirib ki, təmsil etdiyi qurum Azərbaycanla icra etdiyi 41 layihə artıq yekunlaşıb. Qurum Azərbaycanda su təsərrüfatı sisteminin yaxşılaşdırılması, bərk tullantıların idarə edilməsi və qaçqın və məcburi köçkünlərinin həyat şəraitinin yaxşılaşdırılması layihələrinə dəstək verir.

Sonda iştirakçılar foyedə təşkil olunmuş foto və infoqrafika sərgisi ilə tanış olublar.

Azərbaycan Dünya Bankı ilə güclü tərəfdaşlıq qurub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir YENİLƏNƏCƏK

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub