İQTİSADİYYAT


Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı İşçi Qrupunun iclası keçirilib

Bakı, 19 aprel, AZƏRTAC

Ötən il dekabrın 18-də “Azərenerji” ASC və “Gürcüstan Dövlət Elektrosistem” səhmdar cəmiyyətlərinin rəhbərləri arasında imzalanan “Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri” ilə bağlı memoranduma uyğun olaraq bu gün tərəflər arasında İşçi Qrupunun ilk iclası keçirilib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycanla-Gürcüstan arasında mövcud olan və 1958-ci ildə tikildiyindən istismar müddətini başa vuran 330 kilovoltluq 1 dövrəli Qardabani elektrik hava xəttinin 2 dövrəli formada yenidən qurulması müzakirə edilib.

Eyni zamanda, “Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri” ilə bağlı saziş layihəsinin digər detalları barədə də fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.