ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib

Bakı, 16 avqust, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) 2019-2020-ci tədris ili üzrə qəbul planı 100 faiz olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, ödənişsiz əsaslarla həyata keçirilən qəbulda islamşünaslıq ixtisası üzrə 36, dinşünaslıq üzrə 36 nəfər olmaqla 72 abituriyent Aİİ-nin tələbəsi adını qazanıb. 2019-2020-ci tədris ili üzrə islamşünaslıq ixtisasına minimum keçid balı 200, dinşünaslığa isə 292 olub.

Xatırladaq ki, 2019/2020-ci tədris ilində Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunan abituriyentlərin qeydiyyatı artıq başlanıb. Qeydiyyatdan keçməyən abituriyentlər ixtisasları üzrə təhsil almaqdan imtina etmiş sayılırlar.

Sənədlərin qəbulu avqustun 27-dək hər gün (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-17:00 arasında Yasamal rayonu Əhməd Cəmil küçəsi, 41A ünvanında (Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binası) aparılır.

Abituriyentlər tam orta təhsil haqqında sənədin (Attestat) əsli və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənədin əslini (kollec və ya ali təhsil müəssisəsinin 2017-2018-ci tədris ili məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom), abituriyentin Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunması ilə bağlı Dövlət İmtahan Mərkəzinin müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi (3 nüsxə), şəxsiyyət vəsiqəsinin əsli və surətini (3 nüsxə), ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin əsli və surətini (oğlanlar üçün), 3 nüsxə, tibbi (sağlamlıq haqqında) arayış (forma 086), 6 ədəd 3×4 ölçüdə fotoşəkil (ağ fonda) təqdim etməklə Azərbaycan İlahiyyat İnstitutunda qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat zamanı tələbənin iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı (FİN) özündə olmalıdır. Abituriyent ərizəsinin təsdiq olunması üçün iş nömrəsini və şifrəsini təqdim etməklə, mütləq surətdə elektron qeydiyyatdan keçməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.