ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunda “Vəhdət qanımızdadır” filmi nümayiş olunub

Bakı, 4 dekabr, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Vəhdət qanımızdadır” sənədli filminin ilk nümayişi olub.

Aİİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən rektor Ceyhun Məmmədov ölkəmizdə müxtəlif dinlərə məxsus insanların dinc şəraitdə yaşadıqlarını, sünni və şiə məzhəb nümayəndələrinin birlikdə Vəhdət namazı qıldıqlarını Azərbaycanın multikulturalizm modelinə nümunə kimi qiymətləndirib. Qeyd edilib ki, “Vəhdət qanımızdadır” filmi dini maarifləndirmə işinə öz töhfəsini verəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bildirib ki, dövlət-din modeli ölkəmizin siyasətində əhəmiyyətli yerlərdən birini tutur. Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və onunla mübarizənin hüquqi əsasları barədə məlumat verən S.Heydərov qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işlərinin gücləndirilməsidir. S.Heydərov İslam dininin sülh dini olduğunu qeyd edib. O vurğulayıb ki, bəzi qüvvələr öz maraqlarını həyata keçirmək üçün İslam dinindən, din amilindən istifadə edirlər.

“Gəncliyə Yardım” Fondunun prezidenti Ahmet Tecim, Türkiyənin ölkəmizdəki səfirliyinin din işləri üzrə müşaviri, professor Kamil Günəş “Vəhdət qanımızdadır” sənədli filminin əhəmiyyətini qeyd etməklə yanaşı, Aİİ-nin yaradılmasının ölkədə dini maarifləndirmə işinin gücləndirilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndiriblər.

Tədbirin sonunda Aİİ tələbələri Azərbaycandakı məzhəblərarası birliyi və qardaşlığı tərənnüm edən “Vəhdət qanımızdadır” sənədli filminin nümayişi ilə bağlı fikirlərini bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.