SİYASƏT


Azərbaycan-Moldova əməkdaşlığı müzakirə olunub

Kişineu, 19 noyabr, AZƏRTAC

Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov bu ölkənin yeni seçilmiş prezidenti Maya Sandu ilə görüşüb.

Səfir Qüdsi Osmanov AZƏRTAC-a bildirib ki, görüşdə Prezident İlham Əliyevin təbrik məktubu Moldovanın yeni Prezidentinə təqdim olunub, Azərbaycan ilə Moldova arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyi vurğulanıb.

Tərəflər qeyd ediblər ki, Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birgə səylərlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da genişlənəcək.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Qeyd edək ki, Maya Sandu noyabrın 15-də prezident seçkilərinin ikinci tutunda qalib gəlib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.