SİYASƏT


Azərbaycan Ordusunda İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan növbəti tədbir keçirilib

Bakı, 7 may, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Ordusunda İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan növbəti tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbirdə İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin əməkdaşları, dövlət qulluqçuları Zümrüd Səmədova və Sairə Rəsulova çıxış edərək dahi şairin yaradıcılığından danışıb, onun Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutduğunu vurğulayıblar.

Sonra Füzuli Dram Teatrının bədii kollektivi tərəfindən Nəsiminin qəzəlləri əsasında səhnəciklər nümayiş etdirilib.

Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, hərbi hissənin şəxsi heyəti, Füzuli Dram Teatrının əməkdaşları və digər qonaqlar iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.