SİYASƏT


Azərbaycan Ordusunda komanda-qərargah hərb oyunları başlayıb VİDEO

Bakı, 12 noyabr, AZƏRTAC 

Azərbaycan Ordusunun 2018-ci ilin hazırlıq planına əsasən, noyabrın 12-də komanda-qərargah hərb oyunları (KQHO) başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, döyüş əməliyyatlarında idarəetmə orqanlarının qarşılıqlı fəaliyyət səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsi məqsədilə keçirilən hərb oyunlarına strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanları, qoşun növləri və qismləri, eləcə də xüsusi təyinatlı qüvvələr cəlb edilib.

KQHO-da kosmik texnologiyaların tətbiqi ilə qoşunların fasiləsiz idarə olunmasını təmin etmək üçün məlumatların sürətli ötürülməsi, əməliyyat şəraitinə uyğun qərarların dərhal qəbul edilməsi və digər vərdişlər icra olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.