SİYASƏT


Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri Gürcüstan KİV-lərində geniş işıqlandırılıb

Tbilisi, 16 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri Gürcüstan mətbuatının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, “marneulifm.ge”, “24news.ge”, “aktual.ge”, “report.ge”, “interpress.ge” informasiya portalları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfəri barədə silsilə materiallar yayıblar.

Portallar, həmçinin Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın həmin ərazilərə səfəri barədə video görüntülərlə yanaşı çoxlu sayda fotolar təqdim ediblər.

AZƏRTAC-a istinadla verilən foto, video və yazılı xəbərlərdə oxuculara Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, yaradılan infrastruktur layihələri, həmçinin işğaldan zad olunmuş ərazilərdə görüləcək işlər barədə fikirlər çatdırılıb.

Materiallar oxuculara Azərbaycan, gürcü, rus və ingilis dillərində təqdim olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.