SİYASƏT


Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Ukraina-24” telekanalına müsahibə verib VİDEO

Kiyev, 5 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın hərbi təxribatları ilə əlaqədar “Ukraina-24” telekanalına müsahibə verib.

AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi müsahibəsində Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları və dövlətimizin özünün suveren ərazisini müdafiə etməsi, mülki insanlarımızın, obyektlərimizin atəşə məruz qalması barədə danışıb.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan 30 ilə yaxındır münaqişənin dinc yolla həllinə çalışıb. Azərbaycan ATƏT-in Minsk qrupu formatında münaqişənin həllində maraqlı olub, lakin Ermənistan həmişə qeyri-konstruktiv mövqe nümayiş etdirib.

“Ermənistanın baş naziri “Qarabağ Ermənistandır və nöqtə” deməklə danışıqlar prosesini pozmaqda maraqlı olduğunu göstərib, qeyri-konstruktivlik nümayiş etdirib. Bundan başqa, Ermənistan ordusu təxribatlar törədərək Azərbaycanın mülki insanlarını qətlə yetirməyə, evləri, mülki obyektləri atəşə tutmağa başlayıb. Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini təmin etmək üçün əks-hücuma keçib”, - deyə Prezidentin köməkçisi əlavə edib.

Hikmət Hacıyev, həmçinin Azərbaycan və Ukraynanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiklərini xatırladıb, bunun beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olduğunu söyləyib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.