ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universiteti: Maşın mühəndisliyi ixtisası seçən abituriyentlər Almaniyada təhsil ala bilər

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycan Texniki Universitetinə (AzTU) 2020/2021-ci tədris ilində maşın mühəndisliyi ixtisası üzrə yüksək balla qəbul olunan abituriyentlər Maşınqayırma və robototexnika fakültəsinin tərkibində yaradılan alman dilli qrupunda təhsil ala biləcək.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, bu qrupda təhsil alan tələbələr Almaniyanın müxtəlif universitetlərində, xüsusilə AzTU-nun əməkdaşlıq haqqında müqaviləsi olan Brandenburq Texniki Universitetində təcrübə keçmək, Avropa İttifaqının “Erasmus+” mübadilə proqramı çərçivəsində 1 semestr ərzində təhsil almaq, gələcəkdə magistraturada oxumaq, konfranslarda və yay məktəblərində iştirak etmək və s. imkanlardan yararlana bilər.

Alman dili səviyyələri yüksək olduğu üçün, onların müstəqil olaraq Alman Akademik Mübadilə Xidmətinin təqaüd proqramlarında da iştirak etmək imkanları var.

Qrupun tələbələrinə heç bir əlavə təhsil haqqı ödəmədən hər gün 2 akademik saat alman dili tədris olunur. Bu da onlara alman dilini yüksək səviyyədə mənimsəməyə imkan yaradır.

Xatırladaq ki, alman dili qrupu 2018/2019-cu tədris ilində AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin tərkibində maşın mühəndisliyi ixtisası üzrə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.