CƏMİYYƏT
“Azərbaycan ailəsi” doqquzuncu film festivalına sənədlərin qəbulu davam edir
Bakı, 11 avqust, AZƏRTAC
2009-cu ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi” adlı film festivalı həyata keçirilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, festivalın əsas məqsədi dövlət ailə siyasətinin həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, ailə institutunun təbliğidir.
Növbəti “Azərbaycan ailəsi” film festivalına təqdim olunan sənədlərin qəbulu davam edir. Sənədlərin qəbulu 2017-ci il oktyabrın 1-də yekunlaşacaq.
Qeyd edək ki, müsabiqənin şərtləri haqqında məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi saytının “Ailə siyasəti” bölməsində yerləşdirilib.