ELM VƏ TƏHSİL


Azərbaycan aliminin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib

Bakı, 16 avqust, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın “Xəstələrin Səhiyyə 4.0 infrastrukturundakı demoqrafik məlumatları üzərindən qurulmuş əşyaların internetinə əsaslanan səhiyyə sistemi” (Internet of Things based healthcare system on patient demographic data in Health 4.0) adlı məqaləsi Çinin Süni İntellekt Assosiasiyasının İngiltərənin Mühəndislik və Texnologiya İnstitutu ilə birgə nəşr etdirdiyi “CAAI Transactions on Intelligence Technology” jurnalında dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə pasiyentlərin xroniki xəstəliklərinin erkən mərhələdə aşkarlanmasını, COVID-19 virus infeksiyasının əlamətlərinin vaxtında müəyyənləşdirilməsini, onların daim nəzarətdə saxlanmasını həyata keçirən IoT və “Fog computing” əsaslı məsafədən idarə olunan səhiyyə sistemi təklif edilib.

Məqalə “E-sosiotexnoloji mühitlərdə Big Data resurslarının menecmenti, e-demoqrafiyanın formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi” layihəsi çərçivəsində aparılmış elmi tədqiqatlar əsasında hazırlanıb.

Qeyd edək ki, “CAAI Transactions on Intelligence Technology” jurnalı süni intellekt sahəsində 145 impakt faktorlu jurnal arasında 25-ci mövqedə qərarlaşıb və elmmetrik göstəricilərə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.