ELM VƏ TƏHSİL


Azərbaycan alimlərinin beynəlxalq forumda məruzələri dinləniləcək

Bakı, 18 sentyabr, AZƏRTAC

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun bir qrup əməkdaşı Türkiyənin Ankara Universitetində keçiriləcək beynəlxalq “Qafqaz dağları forumu-2019”da iştirak edəcəklər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, oktyabrın 30-dan noyabrın 1-dək keçiriləcək forumda alimlərimiz məruzə ilə çıxış edəcəklər. Forum çərçivəsində "Qafqaz tədqiqatları gündəliyi", dağların dayanıqlı inkişafı sahəsi ilə bağlı tədqiqatlar, dağlıq regionların inkişafı və s. məsələlər müzakirə olunacaq.

Forumda Qafqaz regionu ölkələrinin elmi və ya akademik təşkilatlarının nümayəndələri, dövlət qurumlarının mütəxəssisləri, beynəlxalq ekspertlər iştirak edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.