ELM VƏ TƏHSİL


Azərbaycan alimlərinin ikinci qurultayı bu ilin sonunda keçiriləcək

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycan alimlərinin ikinci qurultayının bu ilin sonunda keçirilməsi nəzərdə tutulur. AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında söyləyib.

A.Əlizadə deyib: “Qurultayda Azərbaycan elminin bugünkü innovativ vəziyyəti əsas leytmotiv kimi irəli sürüləcək və onun bütün istiqaməti tətbiqi elmə həsr olunacaq. Qurultayda innovativ elmin inkişafı məsələləri, yəni elmin təsərrüfata, iqtisadiyyata verdiyi töhfələr və imkanlar müzakirə ediləcək. Bunun üçün ölkənin bütün elmi qurum və müəssisələri bu mühüm tədbirdə fəal iştirak edəcək. Artıq qurultaya hazırlıqla bağlı AMEA tərəfindən müəyyən işlərə başlanılıb”.

Xatırladaq ki, Azərbaycan alimlərinin birinci qurultayı 2014-cü ilin dekabrında keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.