MƏDƏNİYYƏT


Azərbaycan aşıqları Beynəlxalq Baxşi festivalında ikinci yeri tutublar

Daşkənd, 11 aprel, AZƏRTAC

Özbəkistan Mədəniyyət Nazirliyinin təşəbbüsü, UNESCO-nun himayəsi ilə Qaşqadərya vilayətinin mərkəzi Termez şəhərində keçirilən Beynəlxalq Baxşi (aşıq) sənəti festivalı başa çatıb.

AZƏRTAC xəbər verir ki, festivala dünyanın 74 ölkəsindən gələn 160-dan çox baxşi, aşıq, akın, ozan, həmçinin folklorçu alimlər, müxtəlif xalqların folklor ansamblları qatılıb.

Özbəkistanda ilk dəfə keçirilən festivalda ölkəmizi şair, publisist Əkbər Qoşalı, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı Əli Şamilov və “Aşiqlər” qrupunun üzvləri Aşıq Samirə Əliyeva və Aşıq Əli Quliyev təmsil ediblər.

Festival çərçivəsində aşıqlarımızın çıxışları alqışlarla qarşılanıb.

Festivalda birinci yeri Özbəkistanın baxşi ustaları tutub. “Aşiqlər” qrupunun üzvləri Aşıq Samirə Əliyeva və Aşıq Əli Quliyevin “Koroğlu” dastanı əsasında hazırladıqları duet ikinci mükafata layiq görülüb. Onlara diplomlar və pul mükafatı təqdim olunub. Üçüncü yeri isə Koreya sənətçiləri tutublar.

Festival çərçivəsində “Dünya sivilizasiyasında baxşi sənətinin rolu” adlı Beynəlxalq elmi-praktik konfrans da keçirilib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.