İQTİSADİYYAT


Azərbaycan çayı Türkiyəyə ixrac olunacaq

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycan çayı Türkiyəyə ixrac olunacaq.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərinə təşkil olunmuş Azərbaycan ixrac missiyası başa çatıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ixrac missiyasında Naxçıvan Muxtar Respublikasında qida, inşaat və tikinti materialları, kimya sənayesi, mebel istehsalı və turizm sahələrində fəaliyyət göstərən 19 şirkəti iştirak edib.

Missiya çərçivəsində Azərbaycan sahibkarları türkiyəli həmkarları ilə ikitərəfli görüşlər keçirib, məhsullarımızın Türkiyəyə ixracının genişləndirilməsinə dair müzakirələr aparıblar. Görüşlər zamanı türk iş adamlarına təqdim olunan Azərbaycan məhsulları türk şirkətləri tərəfindən maraqla qarşılanıb və ixraca dair ilkin razılıqlar əldə olunub. Belə ki, Azərbaycanın "Farma-Şah" MMC şirkəti ilə Türkiyənin müvafiq şirkəti arasında Azərbaycan çayının Türkiyəyə ixracına dair razılığa gəlinib. Bundan başqa, "Naxçıvan Sement Zavodu" MMC ilə "BASF Türkiyə" şirkəti arasında sement istehsalında qatqı kimi istifadə olunan xammalın ixracı ilə bağlı danışıqlar aparılıb. Türkiyənin "Koç Mermer Granit" şirkətinin tikinti layihələri üçün Azərbaycanın "Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi" MMC-nin məhsullarından istifadə olunmasına dair razılaşma əldə olunub. "Cahan Pen" MMC və "Cahan Sənaye Kompleksi" MMC şirkətləri ilə Türkiyənin "Gema" və "Marmara" plastik qapı pəncərə istehsalı müəssisələri arasında məhsulların satışına və xammalın alınmasına dair danışıqlar aparılıb.

Növbəti ixrac missiyası noyabrın 6-9-da Bolqarıstana təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.