İDMAN


Azərbaycan döyüşçüsü Tofiq Musayev Rizin Qran-Pri turnirinin yarımfinalına yüksəlib

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan döyüşçüsü Tofiq Musayev Yaponiyada təşkil olunan Rizin Qran-Pri turnirində üçüncü qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, turnirdə 70 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz avstraliyalı rəqibi Damien Braunu 4 dəqiqə 14 saniyəyə nokautla məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda onun rəqibi amerikalı Coni Keys olacaq.

Ümumilikdə 16 görüş keçirmiş 29 yaşlı T.Musayev ardıcıl 12 döyüşdə qələbə qazanıb.

Qeyd edək ki, yapon döyüş mədəniyyətləri federasiyası olan Rizin Döyüş Federasiyası uzun illərdir professional döyüş və qarışıq döyüş sənətləri üzrə turnirlər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.