ELM VƏ TƏHSİL


“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti nömrəsi çap olunub

Bakı, 9 sentyabr, AZƏRTAC

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının 2021-ci ildə birinci nömrəsi nəşr olunub.

Bu barədə AZƏRTAC-a Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd olunub ki, bu nömrə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylinin “Nizami Gəncəvi ədəbi irsi: Heydər Əliyevdən – İlham Əliyevə” məqaləsi ilə açılır.

“Elm və təhsil” nəşriyyatında çap olunan jurnalın bu nömrəsi “Azərbaycan ədəbiyyatı”, “Folklorşünaslıq”, “Yubileylər”, “Resenziyalar” və “Xronika-2021” rubrikalarından ibarətdir. “Azərbaycan ədəbiyyatı” rubrikasının “Nizami Gəncəvi İli” bölümündə Zəhra Allahverdiyeva, Hürnisə Bəşirova, Elman Quliyev, Səyyarə Məmmədova, Aygün Bağırlı və Zakirə Əliyevanın məqalələri yer alıb.

“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Özbəkistan, Fransa, Gürcüstan, Tatarıstan, Hindistan, Polşa və Monqolustanın alimləri daxildir. Elmi-nəzəri jurnalda məqalələr Azərbaycan, rus, ingilis və türk dillərində dərc edilir. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir.

Qeyd edək ki, 1946-2019-cu illərdə “Ədəbiyyat məcmuəsi” adı ilə çap olunan jurnal 30 may 2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Jurnal Azərbaycan ədəbiyyatını və onun tarixi inkişaf mərhələlərini araşdıran, bu mövzuda müasir və aktual tədqiqat işlərinin nəşrini həyata keçirən elmi-nəzəri nəşrdir. “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının baş redaktoru akademik İsa Həbibbəylidir. Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, məsul redaktoru Mehparə Axundova, nəşriyyat redaktoru Töhfə Talıbovadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.