İDMAN


Azərbaycan gimnastı: Doğma məkanda çıxış etmək çox çətin və məsuliyyətlidir

Bakı, 14 mart, AZƏRTAC

Sərbəst hərəkətlərdə çıxışımdan razı qaldım. Məşq prosesində yerinə yetirə bilmədiyim hərəkəti yarış zamanı uğurla icra etdim.

AZƏRTAC xəbər verir ki, bu sözləri dünya kuboku yarışlarında çıxış edən Azərbaycan gimnastı Murad Ağarzayev deyib.

Turnirdə rəqabətin güclü olduğunu bildirən gimnast qeyd edib: “Digər idmançılar kimi, mən də dünya kuboku yarışlarının qalibi olmaq istəyirəm. Doğma məkanda çıxış etmək çox çətin və məsuliyyətlidir. Ümid edirəm ki, mükafatçılar arasında yer alıb azarkeşləri sevindirəcəyəm”.

Qeyd edək ki, martın 17-dək davam edəcək turnir “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq istəyən idmançılar üçün mühüm əhəmiyyət daşıyır. Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda mübarizəyə 121 kişi və 49 qadın idman gimnastı qoşulub. Turnirə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatının medalçıları qatılıblar. Yarışların ilk iki günündə təsnifat, sonrakı iki gündə isə final mərhələləri keçiriləcək.

Dünya kubokunda ölkəmizi Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və Marina Nekrasova təmsil edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.