İDMAN


Azərbaycan gimnastı Ümumdünya Yay Universiadasında daha bir gümüş medala sahib olub

Bakı, 14 iyul, AZƏRTAC

İyulun 13-də İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında bədii gimnastika üzrə final yarışları olub.

AZƏRTAC xəbər verir ki, ötən gün çoxnövçülük üzrə yarışlarda gümüş mükafat qazanan gimnastımız Zöhrə Ağamirova, bu gün də uğurlu çıxışı ilə medal əldə etməyə nail olub. Zöhrənin gürzlərlə hərəkətinin icrasının 20.200 xalla dəyərləndirilməsi ona daha bir gümüş medal qazandırıb.

Bununla da, Azərbaycanın gimnastika komandası universiadanı qadın idman gimnastımız Marina Nekrasovanın 1 qızıl və bədii gimnastımız Zöhrə Ağamirovanın 2 gümüş medalı ilə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.