İDMAN


Azərbaycan idmançıları Berlində keçirilən atletika üzrə Avropa çempionatının finalına yüksəliblər

Bakı, 10 avqust, AZƏRTAC

Berlində atletika üzrə Avropa çempionatı keçirilir. Azərbaycan bu çempionatda üç idmançı ilə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, idmançılarımızdan Nazim Babayev və Aleksis Kopello üçtəkanla tullanma, Anna Skidan isə çəkicatma yarışlarında çıxış edirlər.

Avqustun 10-da kişilərin üçtəkanla uzunluğa tullanma yarışlarının təsnifat mərhələlərində çıxış edən Azərbaycan atletləri Aleksis Kopello və Nazim Babayev qitə çempionatının finalına vəsiqə qazanıblar. A.Kopello 16,82 metr nəticə ilə bütün rəqiblərini geridə qoyaraq birinci olub və həlledici mərhələyə yüksəlib. Digər idmançımız N.Babayev isə 16,54 metr göstərici ilə beşinci olub. Bu, ona final mərhələsində mübarizə aparmaq imkanı verib.

Çempionatın üçtəkanla tullanma yarışlarının finalı avqustun 12-də təşkil ediləcək.

Atletlərimiz turnirdə məşqçilər Ziyad Xəlfəyevin və Artyom Rubankonun rəhbərliyi ilə mübarizə aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.