İDMAN
Azərbaycan idmançısı qarışıq döyüş növləri üzrə dünya çempionatında iştirak edir
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan idmançısı Ümid Məmmədzadə Moldovada keçirilən qarışıq döyüş növləri (MMA) üzrə dünya çempionatında iştirak edir.
AZƏRTAC xəbər verir ki, idmançımız noyabrın 20-də döyüşə çıxacaq.
“İndiyədək qazandığım uğurlarımın sirri fasiləsiz məşqlərimdir. Gərgin zəhmətimin, məşqlərimin bəhrəsini həmişə görmüşəm. Bu yarışda da uğur qazanacağıma inanıram. Digər yarışlardakı kimi, birinci olub bayrağımızı dalğalandırmaq, himnimizi səsləndirmək istəyirəm. Mən yalnız öz nailiyyətlərimlə deyil, Vətənimi layiqincə təmsil edən hər bir azərbaycanlının uğuru ilə qürur duyur və buna ürəkdən sevinirəm”, - deyə Ü.Məmmədzadə bildirib.
İdman ustası Ümid Məmmədzadə yığmamızın tərkibində qaydasız döyüş və kikboksinq üzrə peşəkar səviyyədə çıxış edir. Azərbaycan Dövlət İqtisad Universitetinin üçüncü kurs tələbəsi olan idmançı bir çox beynəlxalq turnirlərin mükafatçısıdır.
İdmançımız dünya çempionatına əməkdar məşqçi Hakim Hacıyevin rəhbərliyi altında hazırlaşıb.