CƏMİYYƏT


Azərbaycan ilə Gürcüstan arasında humanitar sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Tbilisi, 27 noyabr, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Çxenkeli ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə tərəflər ölkələrimiz arasında elm, təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.

M.Çxenkeli Gürcüstan ilə Azərbaycanın sözügedən sahələrdə reallaşdırdığı birgə layihələri müsbət qiymətləndirib.

Nazir bildirib ki, ali təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi, birgə elmi araşdırmaların aparılması böyük əhəmiyyət kəsb edir.

F.Quliyev Azərbaycanın Gürcüstan ilə bütün istiqamətlərdə, o cümlədən humanitar sahədə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu vurğulayıb.

Diplomat elm və təhsil, mədəniyyət və idman sahələrində əlaqələrin müsbət dinamikasının digər sahələrdə də əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.