MƏDƏNİYYƏT


Azərbaycan ilə Macarıstan arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycanın Milli Arxiv İdarəsi ilə Macarıstanın Milli Arxiv İdarəsi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, saziş BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə görüşü zamanı imzalanıb.

Sözügedən saziş tərəflərin arxiv işi sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasını və təşviq edilməsini, arxiv işi sahəsində təcrübə, mütəxəssis və sənədlərin surətlərinin mübadiləsini, arxiv fondlarının zənginləşdirilməsini, onların elmi-praktik istifadəsini, sərgilərin təşkili, rəqəmsal layihələrin hazırlanmasını, siyahılar, məlumat kitabları, kataloqlar, sənəd məcmuələri kimi materialları, habelə başqa xüsusi ədəbiyyatların mübadiləsini nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.