SİYASƏT
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur
Bakı, 21 dekabr (AZƏRTAC). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 21-də Türkiyə xarici işlər nazirinin müavini Fatih Ceylan ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyəti, müxtəlif sahələr üzrə əlaqələrin inkişaf etdirilməsi yolları və regionda cərəyan edən proseslərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Tərəflər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqların son vəziyyətini müzakirə etmiş, problemin həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin canlandırılmasının vacibliyini vurğulamışlar.