MƏDƏNİYYƏT


Azərbaycan kinosunun yaranmasının 123 illiyi qeyd olunub

Bakı, 2 avqust, AZƏRTAC

Avqustun 2-də Milli Kino Günü və Azərbaycan kinosunun yaranmasının 123 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan kinosunun inkişafında xüsusi xidməti olan və bu il haqq dünyasına qovuşan Xalq artisti Eldar Quliyevin xatirəsinə həsr olunmuş videoçarx təqdim olunub.

Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova rəhbərlik etdiyi qurum tərəfindən yubileyləri olan kino xadimlərinə, həmçinin veteran sənətkarlara mükafatların verildiyini söyləyib. Həmçinin qeyd edib ki, ötən bir il ərzində kinomuzun bir neçə görkəmli nümayəndəsi də dünyasını dəyişib və onların xatirəsi daim əziz tutulacaq.

Son illər təmsil etdiyi qurumun kino sahəsində gördüyü işlərdən danışan Ş.Məmmədova Azərbaycan kinosunun inkişafında misilsiz xidmətlər göstərmiş ustad sənətkarın adına medal və təqaüdün təsis edildiyini bildirib.

Tədbirdə çıxış edən Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov kino işçilərini peşə bayramı münasibətilə təbrik edərək ümummilli lider Heydər Əliyevin qərarına əsasən, bu əlamətdar günün artıq 21 ildir qeyd olunduğunu diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ən böyük mükafatı olan “Milli Kino Mükafatı”nı Azərbaycan kinematoqrafiyasına verdiyi töhfələrə görə tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Rafael Qənbərova təqdim edilib. Eyni zamanda, "Qarabağ Azərbaycandır" ssenari müsabiqəsinin qalibləri mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.