İDMAN


Azərbaycan komandası aerobika gimnastikası üzrə XI Avropa çempionatının finalına yüksəlib

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan komandası Bakıda keçirilən aerobika gimnastikası üzrə XI Avropa çempionatının finalına yüksəlib.

AZƏRTAC xəbər verir ki, böyüklərin aerodans proqramında çıxış edən Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov və Mədina Mustafayevadan ibarət komandamız təsnifat mərhələsində 17,350 xalla ikinci olub və finala yüksəlib.

Komandamız finalda Rusiya, İtaliya, Macarıstan, Ukrayna və Almaniya kollektivləri ilə birgə mübarizə aparacaq.

Azərbaycanın gənclərdən ibarət komandası Avropa çempionatının birinci günündə aerodans proqramında uğurla çıxış edərək finalda iştirak hüququ qazanıb. Birinci günün yekununda komanda hesabında qaliblər beş hərəkət üzrə çıxışlara görə müəyyən edilib. Rusiya komandası ümumi nəticələrə görə birinci yeri tutub. Rumıniya yığması ikinci, Macarıstan komandası isə üçüncü pillədə yer alıb.

Çempionatda 22 ölkədən 400-ə yaxın böyük və gənc gimnast qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) yarışlarında mübarizə aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.