İQTİSADİYYAT


Azərbaycan məhsulları Çində sərgi-yarmarkada maraqla qarşılanıb

Bakı, 26 oktyabr, AZƏRTAC

“Made in Azerbaijan” brendi ilə istehsal edilən məhsullarımız Çinin Tiencin şəhərində keçirilən “2021 Haihe International Consumption Summit&Carnival” beynəlxalq istehlak sərgi-yarmarkasında nümayiş etdirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Çinin iri elektron ticarət platformalarından olan “JD.com”un təşkilatçılığı ilə keçirilən tədbirdə qida və kənd təsərrüfatı məhsullarımız vahid ölkə stendində təqdim olunub. Sərgi-yarmarka iştirakçıları Azərbaycan məhsullarına böyük maraq göstərib.

Qeyd edək ki, “JD.com”un təşkilatçılığı ilə keçirilən sərgi-yarmarkada yalnız bu platformada onlayn ticarət evi olan ölkələr iştirak edir. “JD.com”da onlayn Azərbaycan Ticarət Evi yaxın zamanlarda fəaliyyətə başlayacağı üçün yarmarkada vahid ölkə stendimiz qurulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.